Dmitri Medvedev: “2008-ci ildə Rusiyanın Qafqazda qəti addımlar atmaması NATO-nun xeyli genişlənməsinə gətirib çıxarardı”

Dmitri Medvedev: “2008-ci ildə Rusiyanın Qafqazda qəti addımlar atmaması NATO-nun xeyli genişlənməsinə gətirib çıxarardı”
# 21 noyabr 2011 12:05 (UTC +04:00)
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Dmitriy Medvedev bildirib.

Rusiyanın Cənub Hərbi Dairəsinin zabitləri ilə görüşən D. Medvedev bəyan edib ki, Rusiya öz sərhədləri yaxınlığında NATO blokunun mövcudluğundan narahatdır: “Əgər 2008-ci ildə biz tərəddüd etsəydik, o halda fərqli geosiyasi vəziyətlə üzləşərdik və Şimali Atlantika alyansına süni yolla daxil etməyə çalışdıqları bəzi ölkələri artıq orada görərdik”.

D. Medvedev qeyd edib ki, Rusiya və NATO təhlükəsizlik sahəsindəki bəzi məsələlərin həlli yollarına fərqli yanaşırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR