Rusiyanın məşhur azərbaycanlı iş adamları ÜAK Mərkəzi Şurası rəyasət heyətinin yeni üzvləri seçiliblər

Rusiyanın məşhur azərbaycanlı iş adamları ÜAK Mərkəzi Şurası rəyasət heyətinin yeni üzvləri seçiliblər
# 25 noyabr 2011 20:21 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III Qurultayı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, akademik Məmməd Əliyev yenidən ÜAK sədri seçilib. Təşkilatın Mərkəzi Şurası rəyasət heyətinin yeni üzvləri seçilib. Onlar arasında məşhur şəxslərin adları da var. Bunlar Rusiyada fəaliyyət göstərən iş adamları - “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “Crocus” QSC-nin prezidenti Araz Ağalarov, “Aznar” QSC-nin sədri Fərhad Əhmədov, “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov və vitse-prezidenti Abbas Abbasovdur.

ÜAK-ın Mərkəzi Şurası rəyasət heyətinin üzvlüyünə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR (Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı) sədri Leyla Əliyeva da seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR