Dnepropetrovskda partlayışlar törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Dnepropetrovskda partlayışlar törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
# 01 iyun 2012 02:51 (UTC +04:00)
Bakı-APA. Dnepropetrovsk şəhərində aprelin 27-də partlayışlar törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Bu barədə Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko məlumat verib.

«Saxlanılanlar 4,5 milyon dollar tələb edirdilər», deyə nazir bildirib.

Dnepropetrovskda aprelin 27-də baş vermiş bir neçə partlayış nəticəsində 30 nəfər xəsarət alıb.

Ukrayna baş prokurorunun müavini Viktor Voytsişenin sözlərinə görə, saxlanılanlar 40 yaşdan gənc Dnepropetrovsk sakinləridir və daha əvvəl məsuliyyətə cəlb olunmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR