Bu il Gürcüstana Azərbaycandan gələnlərin sayı 26,3% artıb

Bu il Gürcüstana Azərbaycandan gələnlərin sayı 26,3% artıb
# 02 iyun 2012 18:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu il Gürcüstana gələnlərin sayı 1 299 685 nəfərə çatıb. Bu keçən ilin müvafiq dövrünə nisbətən 48, 2 % çoxdur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Gürcüstana əsasən Türkiyədən gələnlərin artımı nəzərə çarpır. Bu artım 105,1% təşkil edir. Azərbaycandan gələnlərin sayı - 26,3%, Ermənistandan - 38,2%, Rusiyadan - 99,2%, Ukraynadan - 20,5% və İrandan 109,8% artıb.
Gürcüstana Avropa İttifaqından gələn ziyarətçilərin sayı da artmaqdadır. Daha çox Ukrayna və İrandan gələn ziyarətçilər qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR