Əfsanəvi sovet hokkeyçisi Vladimir Krutov vəfat edib

Əfsanəvi sovet hokkeyçisi Vladimir Krutov vəfat edib
# 06 iyun 2012 13:56 (UTC +04:00)
Bakı – APA. Məşhur sovet hokkeyçisi Vladimir Krutov 53 yaşında vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Krutov iyunun 4-də ağır vəziyyətdə Moskvadakı 20 saylı şəhər klinik xəstəxanasına aparılıb və orada vəfat edib.

V. Krutov iki dəfə Olimpiya çempionu və 5 dəfə dünya çempionu olub. O, SSRİ milli hokkey komandasının əfsanəvi “beşliyində” (Krutov-Larionov-Makarov-Fetisov-Kasatonov) oynayıb. 1995-2000-ci illərdə OMİK komandasında baş məşqçi köməkçisi, 2000-2001-ci illərdə isə baş məşqçi olub. 2002-ci ildən bəri Ali İdman Ustalığı Dövlət Məktəbinin direktoru vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR