Rusiya müxalifəti “Milyonların marşı”nı keçirir – FOTOSESSİYA

Rusiya müxalifəti “Milyonların marşı”nı keçirir – <font color=red>FOTOSESSİYA </font>
# 12 iyun 2012 12:18 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskva şəhərində Rusiya müxalifətinin kütləvi aksiyası keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Milyonların marşı” adı altında keçirilən aksiya paytaxtın “Puşkin” meydanından başlayıb. Nümayiş iştirakçıları Moskva vaxtıilə saat 11:00-dan meydana yığışmağa başlayıblar. İştirakçılar əyinlərinə üzərində müxtəlif siyasi şüarlar yazılmış ağ köynəklər geyiniblər.
Təşkilatçıların bildirdiyinə görə, tədbirdə 50 min nəfərdən çox etirazçının iştirakı gözlənilir. Puşkin meydanında yüksək təhlükəsizlik tədbirləri görülüb. Ümumilikdə paytaxtda asayişi qorumaq üçün polis və daxili qoşunların 12 min əməkdaşı səfərbər edilib. Marş Saxarov meydanında 3 saatlıq mitinqlə başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR