Sergey Lavrov: “Biz ABŞ-dan fərqli olaraq Suriyaya dinc əhaliyə qarşı istifadə edilən silah göndərmirik”

Sergey Lavrov: “Biz ABŞ-dan fərqli olaraq Suriyaya dinc əhaliyə qarşı istifadə edilən silah göndərmirik”
# 14 iyun 2012 02:45 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Hillari Klintonun Rusiyanın Suriya hökumətinə hərbi vertolyotlar satması ilə bağlı iddialarını təkzib edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İranın paytaxtı Tehranda səfərdə olan Sergey Lavrov Rusiyanın Suriyaya bir müddət öncə imzaladıqları müqaviləyə əsasən hava hücumundan müdafiə sistemləri satdıqlarını söyləyib: “Keçən həftə Moskvada keçirdiyim brifinqdə bu barədə söyləmişdim. İndi də təkrar edirəm. Rusiya Suriyaya heç bir silah satmayıb. Xanım Klintonun söylədiklərinin ardından Pentaqon rəsmisi bu barədə heç bir məlumata sahib olmadıqları açıqlamasını verib. Biz ABŞ-dan fərqli olaraq Suriyaya dinc əhaliyə qarşı istifadə edilən silah göndərmirik. ABŞ bölgəyə müntəzəm olaraq xüsusi hərbi avtomobillər göndərir. Amma nədənsə ABŞ bunu nəzərə almır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR