Tacikistan prezidentinin bacısının həyat yoldaşı öldürülüb

Tacikistan prezidentinin bacısının həyat yoldaşı öldürülüb
# 14 iyun 2012 09:26 (UTC +04:00)
Bakı – APA. İyunun 14-nə keçən gecə Düşənbədə Tacikistan prezidenti Emomali Rahmonun bacısının həyat yoldaşı qətlə yetirilib. APA-nın AP (Aziya Plyus) agentliyinə istinadən verdiyi məlumata görə, Tacikistan hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin “Meşə təsərrüfatı və ov” müəssisəsinin direktoru olan 1955-ci il təvəllüdlü Xolmumin Safarov odlu silahdan açıla atəşlə öldürülüb. Başından güllə yaraları alan X. Safarov hadisə yerində keçinib.

Cinayəti araşdırmaq üçün xüsusi operativ-istintaq qrupu yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR