Rusiya Prokurorluğunun İstintaq Komitəsinin sədri jurnalisti ölümlə hədələyib

Rusiya Prokurorluğunun İstintaq Komitəsinin sədri jurnalisti ölümlə hədələyib
# 14 iyun 2012 10:39 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin müxalif “Novaya Qazeta”nın jurnalistini ölümlə hədələyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratov hədələnən muavini Sergey Sokolovun xarici ölkəyə qaçdığını söyləyib.
Dmitri Muratov Aleksandr Bastrıkinin jurnalisti ölümlə hədələdiyini bildirib: “Aleksandr Bastrıkin Sergey Sokolova “seni öldürtdürərəm və həmin cinayət işini də birbaşa özüm araşdıraram” deyib”.
Moskvada bir qrup jurnalist buna qarşı etiraz aksiyası keçirib. Polis etiraz aksiyası keçirən jurnalistləri saxlayıb.
Qeyd edək ki, “Novaya Qazeta” Rusiyada insan haqlarının pozulması və rüşvətxorluqla bağlı geniş araşdırmalar aparır. Beş il əvvəl qəzetin araşdırmaçı jurnalisti Anna Politkovskaya odlu silahla qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR