Kabardin-Balkarda polis postu atəşə tutulub, iki nəfər yaralanıb

Kabardin-Balkarda polis postu atəşə tutulub, iki nəfər yaralanıb
# 15 iyun 2012 00:31 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kabardin-Balkar Respublikasının Baksan şəhəri yaxınlığında polis postu naməlum şəxslər tərəfindən atəşə tutulub, iki nəfər yaralanıb.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, polis patruluna Quba-taba yaşayış məntəqəsinin çıxışında hücum olunub. Yaralanan polis əməkdaşları hospitala çatdırılıb. Cinayətkarların axtarışı aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR