Moskvada İranla “altılıq” ölkələrinin görüşü başlayıb - FOTO

Moskvada İranla “altılıq” ölkələrinin görüşü başlayıb -<font color=red> FOTO</font>
# 18 iyun 2012 10:29 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında İran və “altılıq” ölkələri nümayəndələrinin görüşü keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və digər rəsmi şəxslər iştirak edir.
İran tərəfinə uranın zənginləşdirilməsinin minimum dörd dəfəyə qədər azaldılması təklif olunub. Əks təqdirdə ABŞ-ın yeni danışıqlardan imtina edəcəyi və Tehrana yeni sanksiyaların tətbiq edilməsinin qaçılmaz olacağı bildirilib.
İki gün davam edəcək görüşdə İranın nüvə probleminin həlli müzakirə olunacaq. Müzakirələrin ardından ayrılıqda Ketrin Eşton və Səid Cəlilinin mətbuat konfransı keçirəcəkləri planlaşdırılır.
Qeyd edək ki, bu, İranla “altılıq” ölkələri arasında keçirilən sayca üçüncü görüşdür. Bundan əvvəl İstanbul və Bağdad şəhərlərində danışıqlar aparılıb.
“Altılıq” ölkələrinə Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çin daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR