Çin xarici işlər nazirinin xüsusi nümayəndəsi: “İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə etməyə haqqı var”

Çin xarici işlər nazirinin xüsusi nümayəndəsi: “İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə etməyə haqqı var”
# 18 iyun 2012 11:41 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə etməyə haqqı var, lakin o, nüvə silahının yayılmaması haqda müqaviləyə ciddi riayət eləməlidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Çin xarici işlər nazirinin xüsusi nümayəndəsi Xun Ley İranla “altılıq” ölkələrinin görüşünə dair Moskvada keçirdiyi brifinqdə deyib. O bildirib ki, İran nüvə silahının yayılmaması haqqında müqaviləni imzalamış ölkədir: “İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə etmək hüququ var. Eyni zamanda biz hesab edirik ki, bu hüquq beynəlxalq öhdəliklərə uyğun olmalıdır. Arzu edirik ki, Rusiya paytaxtında keçirilən görüşdə tərəflər İranın nüvə probleminin həllində inkişafa nail olsunlar”.
X. Ley qeyd edib ki, Çin İranın nüvə probleminin yeganə həlli yolunu dialoq və əməkdaşlıqda görür: “Biz ümid edirik ki, bütün maraqlı tərəflər Moskva görüşünün səmərəli keçməsi üçün diplomatik səylərini artıracaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR