Maykl Mann: “Avropa Birliyinin təklifi İranın uranın zənginləşdirilməsini 20% -ə qədər azaltması və “Fərdo” zavodunun fəaliyyətinin dayandırılmasından ibarətdir”

Maykl Mann: “Avropa Birliyinin təklifi İranın uranın zənginləşdirilməsini 20% -ə qədər azaltması və “Fərdo” zavodunun fəaliyyətinin dayandırılmasından ibarətdir”
# 18 iyun 2012 11:41 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “İrana qarşı sanksiyaların ləğv edilməsinə “altılıq” ölkələri ilə aparılan müzakirələrdə İranın atacağı konkret addımlardan sonra baxıla bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Avropa Birliyinin (AB) təmsilçisi Maykl Mann jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, AB İrandan konkret addımlar gözləyir: “Avropa Birliyinin təklifi ictimaiyyət üçün deyildi, lakin təəssüflər olsun ki, mətbuatda bu təkliflər əks olunub”.
M. Mann AB-nin təklifinin İranın uranın zənginləşdirilməsini 20%-ə qədər azaltması və “Fərdo” zavodunun fəaliyyətinin dayandırılmasından ibarət olduğunu söyləyib: “Əsas tələb sözsüz ki, uranın zənginləşdirilməsinin 20%-ə qədər azaldılmasıdır”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR