Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb, ölən və yaralananlar var

Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb, ölən və yaralananlar var
# 20 iyun 2012 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistan Müdafiə Nazirliyinin hərbçilərini daşıyan avtomobil aşıb. APA-nın «Regnum» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 20-də səhər saatlarında İrəvan-Mehri yolunun 131-ci kilometrliyində baş verib. Müdafiə Nazirliyinin hərbi qulluqçularını daşıyan avtomaşının dərəyə aşması nəticəsində 1 hərbçi ölüb, 3 nəfər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR