Sergey Ryabkov: “Moskva görüşü İranla “altılıq” ölkələrinin mövqelərini yaxınlaşdırdı”

Sergey Ryabkov: “Moskva görüşü İranla “altılıq” ölkələrinin mövqelərini yaxınlaşdırdı”
# 21 iyun 2012 09:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İyunun 18-19-da Moskvada keçirilmiş nüvə müzakirələri İranla “altılıq” ölkələrinin mövqelərini bir-birinə yaxınlaşdırdı”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, tərəflər arasında fikir ayrılıqları var: “Ona görə də Moskvada bir neçə dəfə ikitərəfli görüş keçirildi”.

S. Ryabkov qeyd edib ki, İranın nüvə proqramı ətrafında yaranmış problemin siyasi həlli üçün səylər davam etdiriləcək: “Moskva görüşündə İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti müzakirələrin tarixi də razılaşdırıldı. Tərəflər arasında müzakirələr iyulun 3-də İstanbulda olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR