Çeçenistanda baş vermiş iki partlayışda 3 hərbiçi yaralanıb

Çeçenistanda baş vermiş iki partlayışda 3 hərbiçi yaralanıb
# 26 iyun 2012 17:53 (UTC +04:00)
Bakı-APA. Çeçenistanın Vedeno rayonundan keçən yolda baş vermiş iki partlayış nəticəsində 3 hərbiçi yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi maşın karvanı yolun Elistanji və Xatuni kəndləri arasındakı hissəsindən keçən zaman partlayıcı qurğu işə salınıb. Bu partlayışda yaralanan olmayıb. Hərbiçilər hadisə yerini mühasirəyə alan zaman ikinci partlayış baş verib. 3 hərbiçi müxtəlif dərəcədə xəsarət alıb. İstintaq qrupu hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR