Sergey Lavrov: “Düşünmürəm ki, hansısa NATO ölkəsinin Suriyada Liviya avanturasını təkararlamağa iştahası olsun” - FOTO

Sergey Lavrov: “Düşünmürəm ki, hansısa NATO ölkəsinin Suriyada Liviya avanturasını təkararlamağa iştahası olsun” - <font color=red>FOTO</font>
# 28 iyun 2012 12:23 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Rusiya hansısa NATO ölkəsinin Suriyada Liviya ssesnarisini təkrarlamağa çalışdığını düşünmür”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada tunisli həmkarı Rəfiq Abdessalam ilə birgə keçirdiyi brifinqdə deyib. O bildirib ki, Suriyaya qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı anonim çağırışların olmasına baxmayaraq, Rusiya üçün bu ssenari qəbuledilməzdir: “Düşünmürəm ki, hansısa NATO ölkəsinin Suriyada Liviya avanturasını təkararlamağa iştahası olsun. Biz münaqişənin həlli yolunun danışıqlardan ibarət olduğunu və Suriyaya hərbi müdaxilənin fəlakətlə nəticələnəcəyini bəyan edirik”.
S. Lavrov iyunun 30-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək Suriya münaqişəsinə həsr olanan beynəlxalq konfransa da münasibət bildirib. O, rəsmi Moskvanın Suriyaya təzyiqlə bağlı hər hansı bir qərarı dəstəkləməyəcəyini söyləyib: “Suriyadakı böhranı tənzimləmək barədə qərarı hazırkı hökumətlə müxalifət qüvvələrinin dialoqu kontekstində xalq özü verməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR