Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dayandırmasını səbəblərini açıqlayıb

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dayandırmasını səbəblərini açıqlayıb
# 29 iyun 2012 08:54 (UTC +04:00)
APA-nın “Lenta.ru”ya istinadən yaydığı məlumata görə, Xarici İşlər Nazirliyindəki mənbə “Kommersant”a bildirib ki, rəsmi Daşkənd KTMT-nın Əfqanıstanla bağlı strateji planları ilə razı deyil. Bundan başqa blok çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi planları Özbəkistan rəhbərliyini razı salmır. Rəsmi Daşkənd narazaı salan digər məqamlar da var və bu məqamlar KTMT rəhbərliyinə göndərilən notada aydın şəkildə əks olunub. Xatırladaq ki, Özbəkistanın hərbi blokda iştirakını dayandırması barədə xəbər dünən açıqlanıb. KTMT katibliyi rəsmi Daşkəndin bununla bağlı onlara müvafiq nota göndərdiyini təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR