Dağıstanda 2 polis nəfəri qətlə yetirilib

Dağıstanda 2 polis nəfəri qətlə yetirilib
# 29 iyun 2012 23:43 (UTC +04:00)
Bakı-APA. Dağıstanda naməlum şəxslər polis nəfərlərini aparan avtomobilə hücum ediblər. Hücum nəticəsində 2 polis qətlə yetirilib. Bu barədə Dağıstan DİN-dən məlumat verilib.

«Təxminən 20.40 radələrində Babayurd kəndi yaxınlığında naməlum şəxslər ağ rəngli «Lada-Priora»da patrul xidmətinin avtomobilinə çataraq onu atəşə tutublar. Nəticədə 2 polis nəfəri həlak olub. Daha sonra onlar hücum edənlər polis nəfərlərinin xidməti silahlarını götürərək aradan çıxıblar», deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR