İnquşetiyanın Nazran şəhərinin mərkəzində partlayış baş verib

İnquşetiyanın Nazran şəhərinin mərkəzində partlayış baş verib
# 15 avqust 2012 01:17 (UTC +04:00)
Bakı-APA. İnquşetiyanın paytaxtı Nazran şəhərinin mərkəzindəki Mutaliyev küçəsində partlayış baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3 kiloqram trotil gücündə olan partlayıcı qurğu alkoqollu içkilərin satışı aparılan dükanın qarşısında işə salınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fakt üzrə əməliyyat-axtarış tədbirləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR