Belorusiya-Polşa sərhədində partlayış baş verib

Belorusiya-Polşa sərhədində partlayış baş verib
# 05 noyabr 2012 18:50 (UTC +04:00)
Bakı-APA. Belorusiyanın Qrodno vilayətində Polşa ilə sərhədin yaxınlığında güclü partlayış baş verib. Bu barədə Belorusiya Dövlət sərhəd komitəsinin mətbuat katibi Aleksandr Tişenko məlumat verib. Tişenkonun sözlərinə görə, partlayışın hansı partlayıcı qurğu vasitəsilə törədildiyi məlum deyil. Hazırda sərhədin mühafizəsi gücləndirilib. Hadisə ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin yaxınlığında Polşa ərazisinə doğru izlər, yanmış paltarlar və valyuta aşkarlanıb.

Hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR