Elmar Məmmədyarov İran səfiri Əfşar Süleymanini qəbul edib

Elmar Məmmədyarov İran səfiri Əfşar Süleymanini qəbul edib
# 26 fevral 2007 13:45 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının səfiri Əfşar Süleymanini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərini xatırladaraq bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında xüsusi rolunu qeyd edib. Nazir bu müddət ərzində birgə layihələrin həyata keçirildiyini bildirərək deyib ki, Naxçıvana qazın çəkilməsi, Culfa üzərində körpünün tikilməsi, Təbrizdə Azərbaycan Baş Konsulluğunun açılması iki ölkə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir. Görüşün sonunda E. Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR