Tiflis-Moskva birbaşa təyyarə reysləri baş tutmayacaq

Tiflis-Moskva birbaşa təyyarə reysləri baş tutmayacaq
# 03 iyul 2007 08:32 (UTC +04:00)
Tiflis-Moskva birbaşa təyyarə reysləri baş tutmayacaq. Bu barədə APA-nın Gürcüstan bürosuna “Airzena” kompaniyasından məlumat verilib. Şirkət təmsilçilərinin dediyinə görə, ötən həftə Rusiya tərəfi şifahi razılığını bildirsə də, onlar çarter reyslərinin həyata keçirilməsi üçün hələ də yazılı formada bunun təsdiqini almayıblar. Qeyd edək ki, əvvəlcədən verilən məlumata görə, “Airzena” 3 iyuldan başlayaraq avqustun sonuna qədər Tiflis-Moskva marşrutu üzrə həftədə 3 dəfə çarter reysləri həyata keçirməli idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR