Gürcüstandan Türkiyəyə elektrik enerjisi idxalı bir günlük dayandırılıb

Gürcüstandan Türkiyəyə elektrik enerjisi idxalı bir günlük dayandırılıb
# 23 iyul 2007 11:40 (UTC +04:00)
Türkiyə tərəfinin xahişi ilə Gürcüstandan bu ölkəyə elektrik enerjisi idxalı bir günlük dayandırılıb. Bu barədə APA-nın Gürcüstan bürosuna “Gürcüstan Dövlət Elektrik Sistemi” Səhmdar Cəmiyyətindən məlumat veriblər. Məlumata görə, bu gün Türkiyəyə 100 meqavat gücündə elektrik enerjisinin ötürülməsinə yenidən başlanılıb. Gürcüstan Türkiyədən başqa Rusiya və Azərbaycana da elektrik enerjisi ötürür. Bu ölkələr aldıqları enerjinin müqabilində qışda Gürcüstanı elektrik enerjisi ilə təmin edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR