Gürcüstan prezidentinin mətbuat katibi 5,9 min dollar girov müqabilində zaminə buraxılıb

Gürcüstan prezidentinin mətbuat katibi 5,9 min dollar girov müqabilində zaminə buraxılıb
# 28 sentyabr 2007 15:47 (UTC +04:00)
Dələduzluqda ittiham olunan Gürcüstan prezidentinin mətbuat katibi Dmitri Kitoşvili 5,9 min dollar girov müqabilində zaminə buraxılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan baş prokurorunun müavini Nika Qvamariya Dmitri Kitoşvili haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçildiyini, lakin prokurorluğun müraciəti əsasında onun girov qoyaraq zaminə buraxıldığını deyib. Gürcüstan Baş Prokurorluğu həmçinin Kitoşvilinin istintaqının videokadrlarını yayımlayıb. Kitoşvili istintaqa verdiyi ifadədə cinayəti sabiq müdafiə naziri İrakli Okruaşvilinin təhriki ilə törətdiyini deyib və bu prosesdə iştirak edən şəxslərin adlarını açıqlayıb. Prezidentin sabiq mətbuat katibinə qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürüb, ittiham təsdiqlənərsə, Kitoşvilini 6 il müddətinə həbs cəzası gözləyir. Dmitri Kitoşvili biznesmen Camal Svanidzeni GeoCell şirkətinin ona məxsus faktiki dəyəri 10 milyon dollar olan 2,6 faizlik səhmlərini 250 min dollara satmağa təhrik etməkdə suçlandırıb. Camal Svanmidze təzyiq altında bu səhmləri Quram Qoqua adlı şəxsin hesabına köçürüb. İstintaq zamanı Kitoşvilinin danışıqlarda hakim partiyanın adından çıxış etdiyi təsdiqlənib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR