Gürcüstan müxalifətinin mitinqi başa çatıb

Gürcüstan müxalifətinin mitinqi başa çatıb
# 28 sentyabr 2007 16:39 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sabiq müdafiə naziri İrakli Okruaşvilinin həbsinə etiraz edən aksiya iştirakçıları prezident Mixail Saakaşvilinin istefasını, parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili bildirib ki, bu mitinqlə M. Saakaşvilinin sonuncu payızı başlayıb. Aksiyada xırda insidentlər də baş verib. Rustaveli prospektində yolu bağlayan şəxslərdən bir neçəsi polis bölməsinə, halı pisləşən iki nəfər isə xəstəxanaya aparılıb. Müxalifət ölkənin bütün ərazisində etiraz aksiyaları keçirməyi qərara alıb. Bu məqsədlə təşkilat komitəsi yaradılacaq və müxalifətin fəaliyyəti koordinasiya ediləcək. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR