Gürcüstan Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili rəsmi Vaşinqtondan siyasi sığınacaq istəyib

Gürcüstan Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili rəsmi Vaşinqtondan siyasi sığınacaq istəyib
# 10 noyabr 2007 10:47 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna məlumat verən partiyanın üzvü Nestan Kirtadze bildirib ki, Şalva Natelaşvili siyasi sığınacaq almaq üçün ABŞ-ın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Con Teftə rəsmi məktub göndərib: “Natelaşvili yanvarın 5-də keçiriləcək prezident seçkilərində Mixail Saakaşvilinin əsas rəqibi hesab olunur, bu səbəbdən hakimiyyət leyboristlərin liderindən canını qurtarmaq istəyir”. Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Şalva Natelaşviliyə qarşı “casusluq” maddəsi ilə cinayət işi başlayıb. Hazırda onun Gürcüstanı tərk edərək Rusiyada gizləndiyi barədə məlumatlar yayılmaqdadır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR