Gürcüstanla Türkiyə arasında azad ticarət rejimi yaradılır

Gürcüstanla Türkiyə arasında azad ticarət rejimi yaradılır
# 13 noyabr 2007 10:53 (UTC +04:00)
Gürcüstanın baş naziri Zurab Noqaideli noyabrın 14-də Türkiyəyə səfər edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Z. Noqaidelinin özü məlumat verib: “Sabah Ankaraya çox vacib dövlət səfəri başlayır”. O bildirib ki, səfər zamanı iki ölkə arasında azad ticarət rejiminin yaradılması ilə bağlı danışıqlar aparılacaq: “Bu, danışıqların sonuncu və ən vacib mərhələsidir. Rusiyanın bizə embarqo tətbiq etdiyi bir şəraitdə Türkiyə ilə azad ticarət üzrə razılıq əldə olunması bizim üçün çox önəmlidir. Bu razılaşma Gürcüstandan kənd təsərrüfatı məhsullarının ixracına kömək edəcək”. Səfərin nə qədər davam edəcəyi açıqlanmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR