Gürcüstan hökuməti general Sergey Çabanı tanımadığını açıqlayıb

Gürcüstan hökuməti general Sergey Çabanı tanımadığını açıqlayıb
# 28 noyabr 2007 09:12 (UTC +04:00)
Gürcüstan hökuməti gürcü-abxaz münaqişəsi zonasında sülhün qorunması üzrə MDB kollektiv qüvvələrinin komandanı Sergey Çabanı tanımadığını açıqlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstanın münaqişələrin həlli üzrə dövlət nazirinin aparatının bəyanatında bildirilir ki, MDB Müdafiə Nazirləri Şurasının kollektiv qüvvələrin komandanının mandatı ilə bağlı qərar vermək hüququ yoxdur: “Bu səlahiyyət MDB Dövlət Başçıları Şurasına məxsusdur. Bu şura isə üçüncü dəfədir Sergey Çabanın mandatını uzatmır. Bundan başqa, oktyabrın 30-da Qanmuxuri kəndində baş verən insidentdən sonra Sergey Çaban Gürcüstanda “arzuolunmaz şəxs” elan edilib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR