Arkadi Patarkasişvili Mixail Saakaşviliyə seçkidə iştirakdan birgə imtina etməyi təklif edir

Arkadi Patarkasişvili Mixail Saakaşviliyə seçkidə iştirakdan birgə imtina etməyi təklif edir
# 27 dekabr 2007 15:37 (UTC +04:00)
Gürcüstan prezidentliyinə namizəd Arkadi Patarkasişvili seçkilərdə iştirakdan imtina etməyə hazırdır bir şərtlə ki, Mixail Saakaşvili də analoji addım atsın. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bunu A. Patarkasişvilinin seçki qərargahının nümayəndəsi Qoça Cocua deyib. O bildirib ki, M. Saakaşvili ölkənin xilası naminə seçkidə iştirak etməməlidir.
Qeyd edək ki, bu gün A. Patarkasişvilinin seçki qərargahının rəhbəri Georgi Jvaniya iş adamı ilə məsləhətləşmək üçün Londona uçub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR