Yanvarın 20-də Mixail Saakaşvilinin andiçmə mərasimi keçiriləcək

Yanvarın 20-də Mixail Saakaşvilinin andiçmə mərasimi keçiriləcək
# 07 yanvar 2008 15:25 (UTC +04:00)
APA-nın Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili Y. Timoşenkonu yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edib. Ukraynanın baş naziri isə M. Saakaşvilini azad, ədalətli və demokratik seçkilərin keçirilməsi münasibətilə təbrik edib. Onun fikrincə, Gürcüstan hakimiyyəti bir daha təsdiqləyib ki, insanların azad siyasi rəqabət şəraitində ortaya çıxan iradəsi dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi üçün etibarlı zəmin ola bilər. Y. Timoşenko əmindir ki, M. Saakaşvilinin qələbəsi ölkədə sosial-iqtisadi islahatların davam etdirilməsi üçün yeni impuls verəcək, hüququn üstünlüyünü və Avropa dəyərlərinə əsaslanan müasirləşməni təmin edəcək.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkə üzrə 3512 seçki məntəqəsinin 2911-də səslərin hesablanmasını başa çatdırıb. Seçicilərin 51,95%-nin səsini almış M. Saakaşvili qələbəsini təmin etməyə yaxındır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR