Fransa İrakli Okruaşviliyə siyasi sığınacaq verə bilər

Fransa İrakli Okruaşviliyə siyasi sığınacaq verə bilər
# 08 yanvar 2008 14:08 (UTC +04:00)
Fransa hüquq-mühafizə orqanları Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin cinayət işinə yenidən baxmağa hazırdır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə sabiq müdafiə nazirinin vəkili Eka Beseliya məlumat verib. O, İrakli Okruaşvili haqqında həbs-qətimkan tədbirinin dəyişdiriləcəyini və müştərisinin məhkəməyə qədər azadlığa buraxılacağını istisna etməyib. Eka Beseliya Fransanın İrakli Okruaşviliyə siyasi sığınacaq verə biləcəyini deyib. Qeyd edək ki, İrakli Okruaşvili ötən il noyabrın 27-də İnterpol xətti ilə verilən axtarış nəticəsində həbs olunub. O, rüşvət almaqda, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR