Gürcüstanın birləşmiş müxalifəti yeni prezident seçkilərinin keçirilməsi tələbi ilə fasiləsiz etiraz aksiyalarına başlayacaq

Gürcüstanın birləşmiş müxalifəti yeni prezident seçkilərinin keçirilməsi tələbi ilə fasiləsiz etiraz aksiyalarına başlayacaq
# 05 mart 2008 13:25 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın birləşmiş müxalifəti yeni prezident seçkilərinin keçirilməsi tələbi ilə kütləvi etiraz aksiyalarına başlamağı qərara alıb. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bu gün brifinq keçirən Xalq Partiyasının lideri Koba Davitaşvili yanvarın 5-də keçirilmiş prezident seçkilərinin nəticələrini və Mixail Saakaşvilinin legitimliyini tanımadıqlarını bəyan edib: ”Səslərin sayılması zamanı seçkidə iştirak etmiş seçicilərin 35 faizinin səsi nəzərə alınmayıb, bülletenlərin 23 faizi isə çox pis sayılıb. Biz bu bəyanatı ATƏT-in yekun rəyi əsasında veririk”. K. Davitaşvili martın 9-dan fasiləsiz etiraz aksiyalarına başlayacaqlarını söyləyib: “Əsas tələbimiz yeni prezident seçkilərinin keçirilməsi və müxalifətin Memorandumunda əksini tapmış tələblərin yerinə yetirilməsidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR