Çində kişi 3 həmkəndlisini bıçaqla qətlə yetirib, 5-ni isə yaralayıb

Çində kişi 3 həmkəndlisini bıçaqla qətlə yetirib, 5-ni isə yaralayıb
# 17 noyabr 2016 01:56 (UTC +04:00)

Çinin Şensi əyalətinin sakini 3 həmkəndlisini bıçaqla qətlə yetirib, 5-ni isə yaralayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində üç nəfərin meyitini aşkarlayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həmkəndlilərinə hücum edən kişi polis tərəfindən yaxalanıb. Cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR