Azərbaycan prezidenti: “Regiondakı sabitlik energetika və nəqliyyat layihələrindən asılıdır” - YENİLƏNİB

Azərbaycan prezidenti: “Regiondakı sabitlik energetika və nəqliyyat layihələrindən asılıdır” - <span style="color: red;">YENİLƏNİB
# 31 avqust 2016 12:42 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev avqustun 31-də Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

APA-nın məlumatına görə, qonağı salamlayan prezident İlham Əliyev bu səfərin gələcəkdə münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib:

"Münasibətlərimiz tarixə, qardaşlığa, xalqlarımızın yaxın qonşuluğuna əsaslanır. Bu gün biz bütün sahələr üzrə - siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və mənim artıq qeyd etdiyim kimi, iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır".

G. Kvirikaşvili isə bunları deyib: “Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır”.


Görüşdən sonra Azərbaycan prezidentinin adından Gürcüstanın baş nazirinin şərəfinə işçi nahar verilib.

*** 13.19

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR