"TuranBank" xarici öhdəliyini artırır

"TuranBank" xarici öhdəliyini artırır
# 28 oktyabr 2016 09:17 (UTC +04:00)

Enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində "TuranBank" və "Global Climate Partnership Fondu" (GGPF) arasında 8 illik və 10 mln. dollar məbləğində imzalanmış kredit sazişi üzrə nəzərdə tutulan texniki dəstək işləri yekunlaşıb.

Bankdan "APA-Economics"ə verilən məlumata gör, layihənin əsas məqsədi karbon dioksidin (CO2) emissiyasının 20%-dək azaldılmasını tələb edən layihələrin maliyyələşdirilməsi məqsədi ilə KOS və korporativ müştəriləri uzun müddətli maliyyə vəsaiti ilə təmin etməkdir.

Layihənin hazırlanmasına və həyata keçirilməsinə texniki dəstəyin göstərilməsi məqsədi ilə bank və GGPF arasında texniki yardım layihəsi imzalanıb.

Bank "Yaşıl bankçılıq" ticarət nişanı altında enerji səmərəliliyi layihələri çərçivəsində kreditlərin verilməsinə 2017-ci ilin əvvəlindən başlamağı nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR