"OPEC+"dakı hazırkı fikir ayrılıqlarını mart ayındakı vəziyyətlə müqayisə etmək olmaz.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü "OPEC+"dakı hazırki vəziyyətin işgüzar olduğunu qeyd edib.
Xatırladaq ki, bu ilin mart ayında "OPEC+"də kəskin fikir ayrılıqları mövcud idi. Yenə neft hasilatının həcmi ilə bağlı "OPEC+" üzvləri arasında fikir ayrılıqları yaranıb.