Ağ Ev: Şimali Koreya Rusiyaya hərbi texnika və sursat olan min konteyner verib

Ağ Ev: Şimali Koreya Rusiyaya hərbi texnika və sursat olan min konteyner verib
# 13 oktyabr 2023 23:19 (UTC +04:00)

Şimali Koreya Ukraynadakı müharibə fonunda Rusiyaya min konteyner hərbi texnika və sursat verib.

APA-nın “The Hill”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizim məlumatımız göstərir ki, KXDR son həftələrdə Rusiyaya min konteynerdən çox hərbi texnika və sursat verib”, - o vurğulayıb.

Ağ Ev bu konteynerlərin Şimali Koreyadan Rusiyaya hərəkətini əks etdirən görüntülər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR