Armen Sarkisyan istefa ərizəsini xaricdə yazıb

Armen Sarkisyan

© APA | Armen Sarkisyan

# 25 yanvar 2022 17:17 (UTC +04:00)

Armen Sarkisyan prezident postundan istefa ərizəsini ölkə xaricində yazıb.

APA “Sputnik Armernia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Aparatı məlumat verib.

Bildirilib ki, Armen Sarkisyan dövlət başçısı postundan istefa ərizəsini xaricdə yazmasını müalicəsini yarımçıq qoyub, Ermənistana qayıda bilməməsi ilə əsaslandırıb.

“Armen Sarkisyan uzun illər əvvəl ağır xəstəliyə qalib gəlib və bundan sonra həmişə onun xəstəliyindən məlumatlı olan həkimlərin nəzarəti altında müayinələr keçir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR