Rusiyanın yüngül atletika üzrə yığma komandası “Pekin-2008”-in qızıl medalından məhrum edilib

Rusiyanın yüngül atletika üzrə yığma komandası “Pekin-2008”-in qızıl medalından məhrum edilib
# 17 avqust 2016 00:51 (UTC +04:00)

Bakı-APA. Rusiyanın yüngül atletika üzrə yığma komandası Pekin-2008 Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.

Məlumata görə, qərarın verilməsinə səbəb 4x100 metr estafetində çıxış etmiş qaçışçı Yuliya Çermoşanskayanın dopinq-testinin müsbət nəticə verməsi olub.

Qərar Pekin-2008 Olimpiya Oyunlarının dopinq-testlərinin təkrar yoxlanılmasından sonra verilib.

Yuliya Çermoşanskayanın dopinq-testi qadağan olunmuş iki vasitəyə müsbət nəticə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR