Türkiyədə iki qəzetin ofisinə silahlı hücum olub

Türkiyədə iki qəzetin ofisinə silahlı hücum olub
# 11 fevral 2016 10:44 (UTC +04:00)

Bakı-APA. Türkiyədə iki media orqanının ofisinə silahlı hücum olub.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, maskalı şəxslər bu gün saat 05.00 radələrində “Yeni Şafak” qəzetinin Bayrampaşa rayonunda yerləşən ofisinə və “Akit” Media Qrupunun Kiçikçəkməcə rayondakı binasına hücum ediblər. 3-4 nəfərlik iki qrup media orqanlarının binasına “molotof kokteyli” atıb, odlu silahla ofisləri atəşə tutub. Hadisə zamanı xəsarət alan olmasa da, binalara maddi ziyan dəyib.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır, binalardakı və yaxınlıqdakı təhlükəsizlik kameraları nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR