“Bu il keçirilən Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun cədvəlində əsas tədbirə çevrilib”.
APA-nın məlumatına görə, bunu UNESCO baş katibinin müavini Nada əl-Naşif IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı forumu UNESCO mandatı ilə üstə-üstə düşür.
"Biz danışmağa gəlməmişik, artıq əməllərə keçmişik”, - deyə o vurğulayıb.
Nada əl-Naşifin sözlərinə görə, Mədəniyyətlərarası Dialoq Forumu böyük bir tədbirə çevrilib.