BTC ilə Azərbaycan neftinin nəqli 5% artıb

BTC ilə Azərbaycan neftinin nəqli 5% artıb
# 05 avqust 2016 10:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 3,84% azdır.

Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 17,7 mln. ton neft ötürülüb ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 5,36% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il avqust ayının 1-ə qədər BTC-yə 369,9 mln. ton neft vurulub.

Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə 430 min 110 ton Türkmənistan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR