Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxs 9 illik həbs cəzası alıb

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxs 9 illik həbs cəzası alıb
# 31 avqust 2016 12:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Z. Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z. Nəsrullayevin üzərindən kustar üsulla hazırlanmış 1600 qram narkotik vasitə aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR