Təhsil Nazirliyi: 125 tələbə köçürülmək istədikləri universitetləri seçib

Təhsil Nazirliyi: 125 tələbə köçürülmək istədikləri universitetləri seçib
# 30 avqust 2016 13:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust - 5 sentyabr tarixlərində aparılır.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu günədək portala 906 tələbə müraciət edib, onlardan 125 tələbə köçürülmək istədikləri universitetləri seçərək sorğularını təsdiqləyib. Bildirilib ki, 125 tələbənin 67-si yerli ali təhsil müəssisələrindən, 58 tələbə isə xarici ali təhsil müəssisələrindən köçürülmək istəyib.

Qeyd edək ki, təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 545 nömrəli “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə” əmrinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilməyə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR