Qubada iki maşın toqquşub, iki nəfər xəsarət alıb

Qubada iki maşın toqquşub, iki nəfər xəsarət alıb
# 01 sentyabr 2016 11:20 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu Vəlvələ kəndi ərazisindən keçən 141-ci kilometrində yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon Mirzəqışlaq kəndində yaşayan 1987-ci il təvəllüdlü Dabardeyev Kibar Eldar oğlu idarə etdiyi “Nissan-Maxima” minik markalı, 90 ZM 981 dövlət nömrə nişanlı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Dostuyev Xalid Qardaşxan oğlunun idarə etdiyi “Land Rover Discoveri” markalı 90 OJ 012 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə “Nissan Maxima” markalı avtomobildə olan sərnişinlər - Quba rayon Cağacuq-çay kəndində yaşayan 1988-ci il təvəllüdlü Şıxməmmədov Vidadi Seyidbala oğlu və 1986-cı il təvəllüdlü piriyev Ramin Seyidağa oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR