Ucarda 2 yaşlı oğlan qaynar su qazanına düşüb

Ucarda 2 yaşlı oğlan qaynar su qazanına düşüb
# 03 noyabr 2016 13:40 (UTC +04:00)

Ucarda azyaşlı qaynar su qazanına düşərək yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Məlikballı kəndində baş verib. Nəzarətsiz qalan 2014-cü il təvəllüdlü Turan Xəzər oğlu Vəlizadə qazana düşüb. Ağır yanıq xəsarəti alan azyaşlı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

Vəziyyəti ağır olduğundan müalicə məqsədi ilə paytaxta göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR