Karasin: "Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil"

Karasin: "Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil"
# 03 noyabr 2016 12:48 (UTC +04:00)

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil.

APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, son 4 ildə ikitərəfli əlaqələri sağlamlaşdırmaq mümkün olub: “Rusiya Gürcüstanın əsas xarici iqtisadi tərəfdaşları siyahısına düşüb, nəqliyyat əlaqələri normallaşıb, ənənəvi humanitar, mədəni əlaqələr inkişaf edir. Yəni iki xalqının maraqları çərçivəsində irəliləyişlər əldə olunub. Lakin digər tərəfdən, Gürcüstan tərəfi yenə də Rusiya ilə 2008-ci ilin sentyabrında pozduğu diplomatik münasibətləri bərpa etməyə hazır deyil. Rəsmi Tbilisi mütəmadi olaraq ölkəmizə qarşı ritorikalar səsləndirir. Bu, yumşaq desək, yuxarıda sadaladığım müsbət irəliləyişə dayanıqlılıq gətirmir”.

Q. Karasin hazırki dövrdə iki ölkə prezidenti arasında hər hansı təmasın planlaşdırılmadığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR