Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarında neft ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar azalaraq 48,61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 50,76 dollar olub.