AMEA magistraturanın boş qalan plan yerlərinə qəbul olanlara müraciət edib

AMEA magistraturanın boş qalan plan yerlərinə qəbul olanlara müraciət edib
# 16 avqust 2016 15:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademiyanın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlara müraciət edib. APA-nın Akademiyanın saytına istinadən verdiyi xəbərə görə, AMEA-nın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan avqustun 25-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) AMEA prezidentinin adına ərizə, şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssisəsini bitirmək haqqında arayış təqdim etməlidirlər) və 3x4 sm ölçüdə yeni çəkilmiş 4 ədəd fotoşəkili təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər.

 

Bildirilib ki, yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR